satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərində yaşayış binasında yanğın olub - FOTOLAR

Naxçıvan şəhərində yaşayış binasında yanğın olub<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərində yaşayış binasında yanğın olub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən NTV-yə bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yaşayış binasının 3-cü mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 29,5 kvadratmetr olan mənzilin mətbəx hissəsində quraşdırılan suqızdırıcı və paltaryuyan maşını yanıb. Mənzil digər əşyaları ilə birlikdə yanğından mühafizə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM