satellite   Azerspace-1: 11135 H 30000

Əli Əsədov Oljas Bektenovu Qazaxıstanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib

Əli Əsədov Oljas Bektenovu Qazaxıstanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib

Avqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Oljas Bektenova Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, məktubda qeyd olunub ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mənəvi və mədəni dəyərlərlə sıx bağlı olan iki ölkənin qardaş xalqlarının iradəsini əks etdirir.

Qarşılıqlı etimad və dəstəyə əsaslanan siyasi dialoqun, ticarət-iqtisadi, investisiya, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın ardıcıl şəkildə genişlənməsinin Azərbaycan-Qazaxıstan tərəfdaşlığının strateji xarakterini əyani şəkildə nümayiş etdirdiyi vurğulanıb.

Azərbaycan və Qazaxıstan dövlət başçılarının rəhbərliyi altında iki ölkə arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənəcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşəcəyinə əminlik ifadə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM