satellite   Azerspace-1: 11135 H 30000

Yağışlı havada sürəti azaltmaq təhlükəsizliyin əsas şərtlərindən biridir - BDYPİ-dən çağırış

Yağışlı havada sürəti azaltmaq təhlükəsizliyin əsas şərtlərindən biridir<font color='red'> - BDYPİ-dən çağırış</font>

Yağışlı hava şəraiti yollarda hərəkət təhlükəsizliyinə birbaşa təsir göstərən amillərdəndir. Yağıntı zamanı yol örtüyünün sürüşkən olması, görünüş məsafəsinin azalması və nəqliyyat vasitəsinin tormoz yolunun uzanması sürücülərdən daha diqqətli və məsuliyyətli davranmağı tələb edir.

NTV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.

BDYPİ sürücülərə yağışlı hava şəraitində sürəti yolun və hava şəraitinin imkan verdiyi təhlükəsiz həddə qədər azaltmağı, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini artırmağı, kəskin manevr və qəfil tormozlamadan çəkinməyi tövsiyə edir.

“Unutmaq olmaz ki, yol nişanında göstərilən maksimal sürət həddi hər bir hava şəraitində həmin sürətlə hərəkət etməyin təhlükəsiz olduğu anlamına gəlmir. Sürücü mövcud şəraiti düzgün qiymətləndirməli və sürəti təhlükəsiz idarəetməni təmin edəcək səviyyədə seçməlidir.

Yağışlı havada sürəti azaltmaq sadəcə ehtiyat tədbiri deyil, təhlükəsizliyin əsas şərtlərindən biridir”, - deyə müraciətdə qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM