İyul ayı ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 20 min 994 vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə NTV-yə DSMF-dən məlumat verilib.
Bildirilib ki, onlardan 18 min 883-ü rəsmi məktub və telefon zəngi, 2 min 111-i isə sosial şəbəkə hesablarından daxil olmuş müraciətlərdir.
