satellite   Azerspace-1: 11135 H 30000

WP Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik olduğunu iddia edir

WP Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik olduğunu iddia edir

Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik ola biləcəyi iddia olunur.

NTV xəbər verir ki, bu barədə “The Washington Post“ (WP) nəşrin əldə etdiyi sənədlərə və videogörüntülərə istinadən yazıb.

Nəşrin iddiasına görə, Sudan hakimiyyəti suyun təmizlənməsi üçün nəzərdə tutulan xlor partiyalarının bir hissəsini hərbi məqsədlərə yönəldib, hərbi bazalarda döyüş başlıqlarının istehsalını gizlədib, ucqar səhra ərazilərində bombaların sınaqlarını həyata keçirib və bu cür silahların istifadə oluna biləcəyi hədəflərin siyahısını hazırlayıb.

WP bildirir ki, Sudan hakimiyyətində kimyəvi silahların mövcudluğuna dəlalət etdiyi iddia edilən materialları nəşrə Yaxın Şərq ölkələrindən birinin təhlükəsizlik xidmətinin nümayəndəsi təqdim edib. Həmin şəxsin isə materialları Sudandakı mənbədən əldə etdiyi bildirilir.

Bununla belə, “The Washington Post“ sənədlərin Sudan hökumətinin iddia edilən kimyəvi silah ehtiyatları ilə sonradan necə davrandığı barədə qəti nəticəyə gəlməyə imkan vermədiyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM