satellite   Azerspace-1: 11135 H 30000

İrlandiya "Google"u 403 milyon avro cərimələyib

İrlandiya "Google"u 403 milyon avro cərimələyib

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) istifadəçilərin məkan məlumatlarının emalı zamanı yol verdiyi pozuntulara görə "Google"u 403 milyon avro cərimələyib.

Bu barədə NTV RTE telekanalına istinadən xəbər verir.

Məlumatların mühafizəsi qaydalarına əsasən, məkan haqqında məlumat qanuni, ədalətli və şəffaf şəkildə emal edilməlidir.

DPC-dən bildirilib ki, araşdırma zamanı "Google" tərəfindən yol verilmiş pozuntular aşkar edilib. Xüsusilə, istifadəçilər məkan məlumatlarının reklamların göstərilməsi və ya onların maraqlarının müəyyənləşdirilməsi də daxil olmaqla, müxtəlif məqsədlər üçün istifadə edildiyindən xəbərsiz ola bilərdilər. Bu isə onların şəxsi məlumatlarına nəzarət imkanlarını məhdudlaşdıra bilərdi.

Araşdırma, DPC tərəfindən 2020-ci ilin fevralında, bir neçə Avropa istehlakçı hüquqlarının müdafiəsi təşkilatından müəyyən xidmətlər və məhsullarla əlaqədar "Google" şirkətinin məkan məlumatlarını emal etməsinə dair şikayətlər daxil olduqdan sonra başladılıb.

Komissiya ümumilikdə 403 milyon avro məbləğində cərimə tətbiq edib və "Google"a məlumatların emalı sistemini altı ay ərzində tələblərə uyğunlaşdırmağı tapşırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM