satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Basketbol Liqasında iştirak edəcək klubların yekun siyahısı açıqlanıb

Azərbaycan Basketbol Liqasında iştirak edəcək klubların yekun siyahısı açıqlanıb

Azərbaycan Basketbol Liqasının (ABL) 2026/2027-ci illər mövsümündə iştirak edəcək klubların siyahısında dəyişiklik edilib.

Federasiyadan NTV-yə bildirilib ki, ABL və Azərbaycan Kubokunun keçirilməsi haqqında əsasnamənin 3.3 və 5.12-ci maddələrinə əsasən, klubların qeydiyyat tələblərinin yerinə yetirilməsi ilə bağlı aparılan qiymətləndirmənin nəticələrinə uyğun olaraq, ABL İdarə Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.

Qərara əsasən, 2026/2027-ci illər mövsümündə “Sumqayıt” ABL-də, “Şəki” isə ABL-2-də iştirak edəcək.

Beləliklə, yeni mövsümdə ABL-də 8 komanda mübarizə aparacaq. Bunlar “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD və “Sumqayıt”dır.

Xatırladaq ki, ABL-də yeni mövsüm sentyabrın 30-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:20 21.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM