satellite   Azerspace-1: 11135 H 30000

“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb - FOTOLAR

“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb<font color=red> - FOTOLAR</font> “Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb<font color=red> - FOTOLAR</font> “Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb<font color=red> - FOTOLAR</font> “Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb<font color=red> - FOTOLAR</font>

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NTV-yə bildirilib ki, Astara gömrük postunda İrandan Rusiyaya “kahı” və “kərəviz” yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.

Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 230 ədəd "kərəviz" formalı qablaşdırmada xalis təmiz çəkisi 79 kiloqram 740 qram narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:20 21.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM