Futbol üzrə Türkiyə Superliqasında daha bir oyun keçirilib.
NTV-nin məlumatına görə, VI turun mərkəzi qarşılaşmasında "Qalatasaray" "Trabzonspor"un qonağı olub.
Qara dəniz təmsilçisi rəqibini dörd cavabsız qolla məğlub edib.
Meydan sahiblərinin heyətində Məhəmməd Salah 4, 44 və 80-ci dəqiqələrdə fərqlənərək het-trik edib. Digər qolu 39-cu dəqiqədə Noa Saviolo vurub.
İstanbul təmsilçisi hələlik 13 xalla birinci pillədə qərarlaşıb. "Trabzonspor" 10 xalla beşinci sıradadır.
