satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını avqustda 91 dəfə artırıb

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını avqustda 91 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 105,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib.

NTV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48 dəfə çoxdur.

Təkcə avqustda isə ölkədə 27,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 91 dəfə çoxdur.

Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 5,3 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 3,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 6 % çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM