İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər.
NTV xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır.
Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdən keçirir.
Xatırladaq ki, D. Alaba 2021-ci ildən "Real"ın formasını geyinib. O, yayda müqaviləsinin müddəti başa çatandan sonra Madrid komandasından ayrılıb. "İnter Mayami"də argentinalı ulduz futbolçu Lionel Messi də çıxış edir.
