Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Seulun Hörmüz boğazında gəmiçiliyin bərpasına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib.
NTV xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.
"Ço Rubioya Seulun Hörmüz boğazında gəmiçiliyin azadlığının bərpası səylərinə əhəmiyyətli töhfə vermək niyyətində olduğunu bildirib", - deyə materialda qeyd olunub.
Bildirilib ki, Cənubi Koreyanın xarici işlər naziri həmçinin ABŞ dövlət katibini bu məsələ ilə bağlı sıx əlaqə saxlamağa çağırıb.
