satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclis bir sıra mövzularda monitorinq, arayış, icmal və təkliflər hazırlayacaq

Milli Məclis bir sıra mövzularda monitorinq, arayış, icmal və təkliflər hazırlayacaq

Milli Məclis bir sıra mövzularda monitorinq, arayış, icmal və təkliflər hazırlayacaq.

NTV xəbər verir ki, bu barədə məsələ parlamentin İnsan hüquqları komitəsinin 2026-cı il payız sessiyası üzrə iş planına daxil edilib.

Komitənin iş planı belədir:

- Regionlarda insan hüquqları, ərazi bərabərliyi və dövlət xidmətlərinə çıxış imkanlarının vəziyyəti haqqında regional monitorinq və analitik arayışın hazırlanması;

- "İctimai yerlərdə audio və video çəkiliş hüququ, şəxsi həyatın toxunulmazlığı və məlumatların qorunması arasında hüquqi balans" mövzusunda müqayisəli hüquqi icmalın hazırlanması;

- İnzibati orqanların və inzibati məhkəmələrin qərarlarının icra vəziyyətinin öyrənilməsi ilə bağlı hüquqi monitorinq və qanunvericilik təkliflərinin hazırlanması;

- Əlilliyi olan şəxslərin dövlət və özəl xidmətlərə çıxışında fiziki və rəqəmsal əlçatanlıq" mövzusunda monitorinq hesabatı və siyasət tövsiyələrinin hazırlanması;

- Veteranların, müharibə iştirakçılarının və şəhid ailələrinin sosial və hüquqi təminatlarının beynəlxalq təcrübə ilə müqayisəsi əsasında müqayisəli siyasət sənədinin hazırlanması;

- "Demoqrafik dəyişikliklər və uzunmüddətli sosial qayğı siyasəti" mövzusunda beynəlxalq təcrübə icmalının hazırlanması;

- Azad edilmiş ərazilərdə insan hüquqlarının təmin olunması: qayıdış, mülkiyyət, xidmətlərə çıxış və inklüziv məskunlaşma" mövzusunda monitorinq və siyasət tövsiyələrinin hazırlanması.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:20 21.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM