Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun, Zeyvə kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən NTV-yə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 216 m2 olan fərdi yaşayış evinin 36 m2 salon otağı, 16 m2 yataq otağının yanar konstruksiyaları və dam örtüyü yanıb, fərdi yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunub.
