satellite   Azerspace-1: 11135 H 30000

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Çinin Şaosin şəhərində səfərdədir - FOTOLAR

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Çinin Şaosin şəhərində səfərdədir<font color=red> - FOTOLAR</font> Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Çinin Şaosin şəhərində səfərdədir<font color=red> - FOTOLAR</font> Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Çinin Şaosin şəhərində səfərdədir<font color=red> - FOTOLAR</font> Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Çinin Şaosin şəhərində səfərdədir<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Çin tərəfinin dəvəti ilə Cıciang əyalətinin Şaosin şəhərində keçirilən 2026-cı il Ümumdünya Təmizlik Gününün qlobal əsas tədbirində iştirak etmək məqsədilə Çin Xalq Respublikasında səfərdədir. 

Səfər çərçivəsində Məsim Məmmədov Çin Kommunist Partiyasının Şaosin şəhər komitəsinin katibi Şi Huifang ilə görüşüb.

Görüşdə Məsim Məmmədov dəvətə və göstərilən qonaqpərvərliyə görə Çin tərəfinə təşəkkürünü bildirib. Tərəflər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi və strateji rəhbərliyi ilə Azərbaycan-Çin münasibətlərinin dinamik inkişaf etdiyini, bütün istiqamətlər üzrə əməkdaşlığın ardıcıl olaraq genişləndiyini qeyd ediblər.

 

Söhbət zamanı Laçın rayonunda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verilib, Şaosinin şəhər inkişafı sahəsində təcrübəsi qeyd olunub. Laçın rayonu ilə Şaosin şəhəri arasında yaşıl və dayanıqlı şəhər quruculuğu, infrastruktur, mədəniyyət və turizm sahələrində təcrübə mübadiləsi və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Ümumdünya Təmizlik Gününün qlobal əsas tədbirinin dayanıqlı inkişaf prinsiplərinin təşviqi, təmiz və müasir şəhər mühitinin formalaşdırılması, eləcə də bu sahədə beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyəti vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM