Özbəkistan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycana gəlib.
Bu barədə NTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, heyətin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, təlim ərazisində yerləşdirilməsi, məişət və təminat məsələlərinin həlli üzrə müvafiq işlər yerinə yetirilib.
