satellite   Azerspace-1: 11135 H 30000

Tramp saxta xəbərləri ölkəsinin milli təhlükəsizliyinə təhlükə adlandırıb

Tramp saxta xəbərləri ölkəsinin milli təhlükəsizliyinə təhlükə adlandırıb

Saxta xəbərlər ABŞ-nin milli təhlükəsizliyinə təhlükə yaradır.

NTV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

D.Tramp vurğulayıb ki, Ağ Ev administrasiyası onun yüksək qiymətləndirdiyi azad mətbuata qarşı çıxmır, əksinə saxta informasiyaya qarşı məqsədyönlü mübarizə aparır:

"Ağ Ev mənim çox yüksək qiymətləndirdiyim azad mətbuata hücum etmir. O, ABŞ-də xərçəng kimi geniş yayılan bir təzahür olan saxta xəbərlərə hücum edir".

ABŞ Prezidenti həmçinin saxta xəbərləri "korrupsiyalaşmış, düşünülmüş, tam əlaqələndirilmiş və tamamilə nəzarətdən çıxmış" adlandırıb: "Bu, bizim milli təhlükəsizliyimizə təhlükə yaradır və onu indi dayandırmaq lazımdır!".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM