ABŞ-də yaşayan təxminən 100 min ukraynalı qaçqın müvəqqəti qorunan statuslarının müddəti başa çatsa da, hələlik deportasiya təhlükəsi ilə üzləşməyəcək.
NTV xəbər verir ki, bu barədə “CBS News” ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatlarına əsasən bildirib.
Məlumata görə, ukraynalılar üçün müvəqqəti qorunan şəxslər statusunun müddəti oktyabrın 19-da başa çatır. Lakin ABŞ Daxili Təhlükəsizlik Departamenti yekun qərar verilənədək onların deportasiyadan qorunduğunu açıqlayıb.
1990-cı ildə yaradılan müvəqqəti qorunma proqramı silahlı münaqişə və digər böhranlar yaşayan ölkələrin vətəndaşlarına ABŞ-də müvəqqəti qalmaq və işləmək imkanı verir. Ukrayna vətəndaşları bu proqramdan 2022-ci ilin yazından etibarən yararlanırlar.
Daha əvvəl “Politico” qəzeti ABŞ administrasiyasının təxminən 100 min ukraynalının statusunu uzatmaq və ya ləğv etmək barədə qərar verməli olduğunu yazıb.
