Qazaxıstanda süni intellekt texnologiyalarının tətbiqi nəticəsində kömür ehtiyatlarının həcminin hesablanmasına sərf olunan vaxt 10 gündən 20 dəqiqəyə endirilib.
NTV Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, “Samruk-Energo” şirkəti süni intellekt texnologiyalarından enerji avadanlıqlarının diaqnostikası, istehsalat təhlükəsizliyinə nəzarət və enerji infrastrukturu obyektlərinin yoxlanılması üçün istifadə edir.
Bildirilib ki, pilotsuz uçuş aparatları və süni intellekt texnologiyalarının tətbiqi elektrik verilişi xətlərinin, dayaqların və transformatorların yoxlanılması müddətini 5-10 dəfə azaldıb.
Bundan əlavə, şirkət elektrik enerjisi istehsalının 24-72 saat əvvəldən proqnozlaşdırılması üçün süni intellekt modelləri tətbiq edir. Layihənin məqsədi proqnozların dəqiqliyini 80 faizə çatdırmaqdır.
