satellite   Azerspace-1: 11135 H 30000

Ned Prays: Zəlzələ təkcə Türkiyə və Suriyanı deyil, bütün dünyanı sarsıdıb

Ned Prays: Zəlzələ təkcə Türkiyə və Suriyanı deyil, bütün dünyanı sarsıdıb

Zəlzələnin görüntüləri dəhşətlidir, insanlara yardım üçün gecə-gündüz çalışırıq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri gündəlik mətbuat brifinqində ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

O qeyd edib ki, dağıntılara və insan tələfatı baxımından bu zəlzələ təkcə Türkiyə və Suriyanı deyil, bütün dünyanı sarsıdıb.

ABŞ-ın Türkiyə və Suriyada axtarış, xilasetmə və yardım səyləri üçün əlavə avadanlıqlar və resurslar səfərbər etdiyini vurğulayan Prays çox çətin şəraitdə gecə-gündüz işləyən humanitar yardım qruplarının və xilasedicilərin inanılmaz fədakarlığını yüksək qiymətləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM