satellite   Azerspace-1: 11135 H 30000

Türkiyəyə axtarış-xilasetmə və yardım heyətləri göndərən ölkələrin sayı açıqlanıb

Türkiyəyə axtarış-xilasetmə və yardım heyətləri göndərən ölkələrin sayı açıqlanıb

Türkiyənin Xarici İşlər Nazirliyi dağıdıcı zəlzələdən sonra ölkəyə axtarış-xilasetmə qrupları və yardım heyətləri göndərən dövlətlərin sayını açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, indiyədək 100 ölkə rəsmi Ankaraya yardım təklif edib.

Qeyd olunub ki, hazırda zəlzələ bölgəsində 80 ölkədən axtarış-xilasetmə qrupları çalışır. Ərazidə olan əcnəbi xilasedicilərin sayı isə 9 315 nəfərdir.

Daha 4 ölkədən heyət göndərilməsi gözlənilir. Ümumilikdə isə Türkiyəyə 542 əcnəbi xilasedicinin gəlməsi nəzərdə tutulub.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Zəlzələ nəticəsində Türkiyədə 31 643 nəfər ölüb, 80 278 nəfər yaralanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM