satellite   Azerspace-1: 11135 H 30000

ABŞ əsgərləri İrana məxsus silah-sursatı müsadirə ediblər

ABŞ əsgərləri İrana məxsus silah-sursatı müsadirə ediblər

ABŞ-ın yaxın Şərqdəki hərbi bazasının əsgərləri həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində İrana məxsus silah-sursat ələ keçiriblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “The Wall Street Journal”a istinadla xəbər verir ki, İran bu silahları Yəmən üsyançılarına göndərirmiş. Yəməndə mərkəzi hakimiyyətə qarşı üsyan qaldıran silahlı qruplaşma Səudiyyə Ərəbistanının ölkəyə təsirini aradan qaldırmaq istəyir. İran üsyançıları dəstəkləməklə Səudiyyə Ərəbistanının regiondakı nüfuzunu azaltmağa və söz sahibi olmağa cəhd edir.

Jurnal yazır ki, qaçaqmalçılıq yolu ilə Yəmənə ötürülərkən ABŞ hərbçiləri tərəfindən müsadirə olunan silah-sursat Ukraynaya verilə bilər. Qeyd edilib ki, 5 min tüfəng, 1,6 milyon ədəd güllə, uzaqdan idarə olunan 7 min bomba müsadirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM