satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın 85 nəfərdən ibarət yeni xilasedicilər qrupu Türkiyəyə yola salınıb

Gürcüstanın 85 nəfərdən ibarət yeni xilasedicilər qrupu Türkiyəyə yola salınıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin 85 xilasedicisi rotasiya qaydasında Türkiyəyə yola salınıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, gürcüstanlı xilasedicilər Türkiyənin Adıyaman şəhərində olan həmkarlarını əvəz edəcəklər.

Bütün lazımi avadanlıqla təchiz olunmuş xilasedicilər Adıyaman şəhərində əsrin ən ağır təbii fəlakəti hesab olunan zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcəklər.

Gürcü xilasedicilərin işinə DİN-in Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisi Teymuraz Mqebrişvili rəhbərlik edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM