Dünya Bankının prezidenti Devid Malpass iyunun 30-dək vəzifəsini tərk edəcəyini bildirib.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Devid Malpassa istinadla məlumat yayıb.
Altmış altı yaşlı Devid Malpassın bu vəzifədə rəsmi müddəti 2024-cü ilin aprelində başa çatacaq. O, bu müddətin başa çatmasından təxminən bir il əvvəl, yəni maliyyə ilinin sonuna qədər vəzifəsini tərk etmək niyyətində olduğunu bildirib.
