Ukraynanın müdafiəsinə 60 mindən çox qadın cəlb olunub.
Naxçıvan televiziyası xəbər verir ki, məlumatı Ukraynanın Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, bu rəqəmlər daim artır.
Bildirilib ki, onların 42 mindən çoxu qadın-hərbçidir.
İnformasiyaya əsasən, müharibə başlayanda Ukrayna Silahlı Qüvvələrində 30 minə yaxın qadın olub.
