satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada Kaxovka SES-in bəndi məhv edilib - VİDEO

Ukraynada Kaxovka su elektrik stansiyasının (SES) bəndi məhv edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə videogörüntülər teleqramda yayılıb.

Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən SES-in kim tərəfindən vurulduğu və ya partladıldığı dəqiq bəlli deyil.

Faktla bağlı Ukraynanın "Cənub" operativ komandanlığı Rusiyanın SES-i partlatdığını açıqlayıb, Novaya Kaxovka şəhərinin qondarma meri Vladimir Leontiyev isə görüntülərə rəğmən məlumatı ümumiyyətlə təkzib edib: "Şəhərdə sakitlikdir".

Qeyd edək ki, Kaxovka su elektrik stansiyası Ukraynanın cənubundakı quraq rayonların enerji təchizatı, suvarma və su təchizatı, həmçinin Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə işğal olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM