satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda valideynlər və məktəblilər etiraz aksiyası keçirib

Ermənistanda valideynlər və məktəblilər etiraz aksiyası keçirib

Ermənistanın Şörəyel mahalının Getk kəndində (ermənilər Şirak vilayəti adlandırır) valideynlər və məktəblilər avtomobil yolunu bağlayıblar.

Naxçıvan televiziyası xəbər verir ki, onlar kənd təhsil müəssisələrinin birləşdirilməsinə etiraz edirlər.

Qeyd edək ki, sentyabrın 14-də Ermənistanın müxtəlif bölgələrindən, o cümlədən İrəvandan olan müəllimlər paytaxtda hökumət binasının qarşısında etiraz aksiyası keçirib. Onlar əməkhaqlarının dərs yükünə uyğun artırılmasını, təhsil sistemində maddi-texniki bazanın yaxşılaşdırılmasını tələb ediblər.

Bir müddət əvvəl isə İrəvanda ali məktəblərin tələbə və müəllimləri universitetlərin birləşməsinə etiraz aksiyası keçiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM