satellite   Azerspace-1: 11135 H 30000

Britaniya “Vaqner”i terror təşkilatları siyahısına daxil edib

Britaniya “Vaqner”i terror təşkilatları siyahısına daxil edib

Britaniya hakimiyyəti “Vaqner” xüsusi hərbi qruplaşmasını terror təşkilatları siyahısına əlavə edib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, muzdlu təşkilatın terrorçu elan edilməsi üçün sentyabrın 6-da parlamentə müvafiq sənəd təqdim edilib: "Bu gün "Vaqner" terror təşkilatı elan edilib. Qərar dərhal qüvvəyə minir. “Vaqner”ə mənsub olmaq və ya aktiv şəkildə dəstəkləmək Böyük Britaniyada cinayət məsuliyyətinə çevriləcək və cərimə ilə birlikdə 14 ilə qədər həbs cəzası verilə bilər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM