satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: “İrəvanı cinayətkar ünsürlərin hökmranlığından azad etdik”

Paşinyan: “İrəvanı cinayətkar ünsürlərin hökmranlığından azad etdik”

"Biz İrəvan şəhərini cinayətkar ünsürlərin hökmranlığından azad etdik".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dünən İrəvan meriyasının qarşısında mitinqi zamanı çıxışında deyib.

“Hökumət 2018-ci ildən İrəvanda 11 yeni məktəb tikib. İrəvanda 24 uşaq bağçasında təmir işlərinə başlanılıb, onlardan 7-si artıq istifadəyə verilib”, - Paşinyan bildirib.

O qeyd edib ki, paytaxtda 25 uşaq bağçasının özəlləşdirilməsi ilə bağlı cinayət işi başlanıb. Həmin bağçalar İrəvan sakinlərinə qaytarılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM