satellite   Azerspace-1: 11135 H 30000

ABŞ gələn həftə Ukraynaya yeni silah paketi ayıracağını açıqlayacaq

ABŞ gələn həftə Ukraynaya yeni silah paketi ayıracağını açıqlayacaq

ABŞ gələn həftə Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan brifinqdə bildirib.

“Biz daim Ukraynaya yeni hərbi yardım paketləri hazırlayırıq”, - deyən Ceyk Sallivan ABŞ hakimiyyətinin növbəti tranşların ayrılması ilə bağlı Kiyevi müntəzəm məlumatlandırdığını xatırladıb.

ABŞ səlahiyyətliləri Prezident Co Baydenin sentyabrın 21-də Vaşinqtonda ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparacağını bildiriblər. Bundan başqa, Zelenskinin Konqresdə Demokratlar və Respublikaçılar partiyalarının liderləri ilə görüşü də gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM