satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan Müdafiə Nazirliyində oğurluqla bağlı kütləvi həbslər həyata keçirilib

Ermənistan Müdafiə Nazirliyində oğurluqla bağlı kütləvi həbslər həyata keçirilib

Ermənistan Müdafiə Nazirliyində xüsusilə böyük məbləğdə dövlət əmlakının oğurlanması faktı üzrə həbslər həyata keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Ermənistan Respublikası İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin Xüsusi Mühüm İşlərin İstintaq İdarəsi 2019-2021-ci illərdə Müdafiə Nazirliyinin ehtiyaclarının ödənilməsi üçün satınalma proseduru zamanı 106 milyon 300 min dram (467 737 manat) külli miqdarda oğurluq halları meydana çıxıb.

Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan, Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları, həmin idarənin baş mütəxəssisi A.A., “dasaran.am” ticarət nişanının sahibi Suren Aloyan və başqaları barəsində həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM