satellite   Azerspace-1: 11135 H 30000

NATO-nun baş katibi Almaniyanı müdafiə xərclərini artırmağa çağırıb

NATO-nun baş katibi Almaniyanı müdafiə xərclərini artırmağa çağırıb

Almaniya müdafiə xərclərini artırmağa və onu Soyuq müharibə səviyyəsinə qaytarmağa davam etməlidir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu “Funke” redaksiya qrupunun qəzetlərində dərc olunan müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Gərginlik artdıqca müdafiə xərcləri artırılmalıdır. Soyuq müharibə dövründə Konrad Adenauer (Almaniya kansleri 1949-1963 – Qeyd) və ya Villi Brandt (kansler 1969-1974 – Qeyd) dövründə müdafiə xərcləri iqtisadi məhsuldarlığın 3%-4%-i arasında idi. Biz bunu o zaman etmişdik və indi də təkrar etməliyik”,- deyə o bildirib.

Qeyd edək ki, Almaniya gələn ildən başlayaraq ÜDM-in 2%-ni müdafiəyə xərcləyəcəyini gözləyir. Bu, 2022-ci ilin fevralında formalaşan 100 milyard avroluq xüsusi fondun vəsaitləri sayəsində mümkün olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM