satellite   Azerspace-1: 11135 H 30000

FT: "ÜST Çindən koronavirusun mənşəyi haqqında tam məlumat almağa çalışır"

FT: "ÜST Çindən koronavirusun mənşəyi haqqında tam məlumat almağa çalışır"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinə koronavirusun mənşəyi haqqında tam məlumat əldə etmək üçün təzyiq göstərir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

"Biz Çinə tam girişi təmin etmək üçün təzyiq edirik. Çin rəsmiləri ilə ikitərəfli görüşlərdə bu məsələni qaldırmalarını xahiş edirik" – o deyib. ÜST-nin baş direktoru vurğulayıb ki, təşkilat koronavirusun səbəbləri ilə bağlı tam araşdırma aparmaq üçün Çinə “nümayəndə heyəti göndərmək istəyir”.

Qebreyesus qeyd edib ki, hazırda virusun yaranmasının bütün mümkün variantları, o cümlədən laboratoriya nəzəriyyəsi nəzərdən keçirilir: “Aydın dəlil almayana qədər heç nə deyə bilmərik. Cavab alacağıq. Bu zaman məsələsidir".

ÜST-nin Baş direktoru qeyd edib ki, COVID-19-un mənşəyinin səbəblərini anlamaq növbəti pandemiyanın qarşısını almağa kömək edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM