satellite   Azerspace-1: 11135 H 30000

Lavrov: “Qərbin Kiyevə daha çox uzaq mənzilli raketlər verməsi Ukraynada baş verənlərin mahiyyətini dəyişməyəcək”

Lavrov: “Qərbin Kiyevə daha çox uzaq mənzilli raketlər verməsi Ukraynada baş verənlərin mahiyyətini dəyişməyəcək”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Rusiyaya qarşı müharibə aparır, bunun üçün Ukraynadan istifadə edir.

Naxçıvan televiziyası xəbər verir ki, nazir bunu jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“Baş verən budur ki, Ukrayna uzun illərdir ki, Rusiyaya strateji məğlubiyyət vermək üçün döyüşməyə hazırlaşır. Nə deyirlər desinlər, bu müharibəni aparırlar, silah, sursat, kəşfiyyat, peyk məlumatları verirlər. Qərb bizə qarşı müharibə aparır”, - Lavrov bildirib.

Nazir ABŞ-nin Kiyevi daha da uzun mənzilli raketlərlə təmin edə biləcəyi ilə bağlı məlumatı belə cavablandırıb. Lavrov Qərbin Kiyevə getdikcə daha çox uzaq mənzilli raketlər verməsinin Ukraynada baş verənlərin mahiyyətini dəyişməyəcəyinə diqqət çəkib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM