satellite   Azerspace-1: 11135 H 30000

Almaniyanın XİN başçısı BMT-də köklü islahatlara çağırır

Almaniyanın XİN başçısı BMT-də köklü islahatlara çağırır

Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT-də əsaslı islahatların aparılmasının zəruri olduğunu bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.

XİN başçısının fikrincə, təşkilat daha ədalətli, əhatəli və səlahiyyətlərə malik olmalıdır.

“XX əsrin dünyasını hələ də təmsil edən BMT Təhlükəsizlik Şurası artıq uyğun deyil”, - o qeyd edib.

Onun sözlərinə görə, BMT XXI əsrin reallıqlarına uyğunlaşarsa, təşkilat “dünya birliyinin problemləri birgə həll edəcəyi” məkana çevrilə bilər. Diplomat vurğulayıb ki, Almaniya həmçinin Braziliya, Hindistan və Yaponiya ilə birlikdə Təhlükəsizlik Şurasının islahatının tərəfdarıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM