satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə 5 nəfər İŞİD üzvü həbs edilib, 12-si nəzarətə götürülüb

Türkiyədə 5 nəfər İŞİD üzvü həbs edilib, 12-si nəzarətə götürülüb

Türkiyə daxili işlər naziri Əli Yerlikaya Adanada İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda saxlanılan 17 şübhəlidən 5-nin həbs olunduğunu, 12-si haqqında isə məhkəmə nəzarəti qərarı verildiyini açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə nazir sosial media hesabından açıqlama verib.

Adana Terrorla Mübarizə Şöbəsi tərəfindən 23 ünvanda aparılan axtarışlar zamanı 17 İŞİD terror təşkilatının üzvü yaxalanıb; onlardan 5-i həbs edilib, 12-si barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb. Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu silah-sursat, eləcə də əl qumbarası ələ keçirilib.

Nazir bildirib ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizə fasiləsiz davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM