satellite   Azerspace-1: 11135 H 30000

Rəcəb Tayyib Ərdoğan İlon Maskı Türkiyədə Tesla zavodu açmağa çağırıb

Rəcəb Tayyib Ərdoğan İlon Maskı Türkiyədə Tesla zavodu açmağa çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Tesla kompaniyasının sahibi İlon Maskla görüşüb.

Naxçıvan televiziyası Anadolu agentliyinə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Maskı Nyu-Yorkdakı Türk Evində qəbul edib.

Görüş zamanı Prezident sahibkarı Tesla elektromobili istehsal edən yeddinci zavodu Türkiyədə açmağa çağırıb. Türkiyə lideri Ankaranın kosmik proqramı çərçivəsində ölkəsinin SpaceX ilə əməkdaşlığının potensial inkişafını vurğulayıb və İlon Maskı sentyabrın sonunda İzmir şəhərində keçiriləcək texnologiya sərgisində iştiraka dəvət edib.

Rəcəb Tayyib Ərdoğanın İlon Maskı Türkiyənin rəqəmsallaşma konsepsiyası və süni intellekt sahəsində milli strategiya haqqında məlumatlandırdığı da bildirilir.

Bu, Türkiyə Prezidenti ilə amerikalı sahibkar arasında ilk görüş deyil. Ötən ilin sonlarında onlar Qətərdə dünya çempionatının final matçı zamanı da görüşmüşdülər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM