satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna həlak olan daha 94 hərbçisinin meyitini geri qaytarıb

Ukrayna həlak olan daha 94 hərbçisinin meyitini geri qaytarıb

Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi baş tutub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “RBC-Ukraine” hərbi əsirlərin müalicəsi üzrə Ukrayna koordinasiya qərargahına istinadən məlumat yayıb.

Məlumata əsasən, 94 ukraynalı hərbçinin meyiti artıq Ukrayna ərazisinə gətirilib.

Qərargahdan həmçinin bildirilib ki, beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, rusiyalı döyüşçülərin meyitləri qarşı tərəfə verilib, lakin onların sayı qeyd olunmayıb.

Rusiya tərəfi hələlik meyitlərin təhvil verilməsi barədə açıqlama verməyib.

Xatırladaq ki, sonuncu dəfə Rusiya və Ukrayna arasında ölən hərbçilərin cəsədlərinin dəyişdirilməsi prosesi oktyabrın 6-da baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM