satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti Əlcəzairə səfər edəcək

Türkiyə Prezidenti Əlcəzairə səfər edəcək

Noyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə səfər edəcək. Səfər Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə baş tutacaq.

Naxçıvan televiziyası xəbər verir ki, səfər çərçivəsində ikitərəfli və regional məsələlərlə yanaşı, İsrail-Fələstin qarşıdurmasının da müzakirə olunacağı gözlənilir.

Əlcəzair ilə Türkiyə arasındakı əlaqələr son illər bütün sahələr üzrə əhəmiyyətli dərəcədə irəliləyib. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün 2006-cı ildə “Dostluq və Əməkdaşlıq Sazişi” imzalanıb.

Türkiyədən Əlcəzairə dövlət başçısı səviyyəsində sonuncu səfər 2020-ci ilin yanvarında Prezident Ərdoğan tərəfindən edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM