İraqda ABŞ-nin hərbi bazasına raket hücumu olub

İraqda ABŞ-nin hərbi bazasına raket hücumu olub

İraqın Ənbar əyalətinin Ayn-əl-Asad rayonunda ABŞ-nin hərbi bazası raket hücumuna məruz qalıb.

NUHÇIXAN xəbər verir ki, məlumatı “Sky News Arabia” telekanalı yayıb.

Məlumata görə, ABŞ bazasına hücum noyabrın 21-də səhər saatlarında edilib. Hadisə nəticəsində dəyən ziyan və itkilər barədə informasiya verilməyib.

Bildirilib ki, “İraq İslam müqavimət” hərəkatı noyabrın 20-də axşam saatlarında Birləşmiş Ştatların Ayn-əl-Asad bazasına PUA ilə hücum etdiyini bildirmişdi.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM