Serbiya Prezidenti Qərbi ölkəsinə qarşı ikili standartlarda ittiham edib

Serbiya Prezidenti Qərbi ölkəsinə qarşı ikili standartlarda ittiham edib

"NATO ilə əməkdaşlıq bizim üçün vacibdir".

NUHÇIXAN xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

O bildirib ki, NATO-nun Kosovadakı sülhməramlı qüvvələri (KFOR) oradakı serb icmasının təhlükəsizliyinin təminatı üçün vacibdir: "NATO Baş katibi bildirdi ki, KFOR Kosovadakı bütün icmaları qoruyur, mən bildirmək istərdim ki, orada hücuma məruz qalan və qorunmağa ehtiyacı olan serblərdir. Təhdidlər və hücumlara həmişə məruz qalanlar serblərdir, albanlar heç vaxt hücuma məruz qalmayıb. 2001, 2004, 2008-ci illərdə və Albin Kurti (Kosovanın Baş naziri - red.) hakimiyyətə gələndən bəri bu hücumlar var. Mən NATO Baş katibini məlumatlandırdım ki, son illərdə Kosovo və Metoxiyanı 13 faizdən çox serb tərk edib ki, bunun səbəbi də Priştinadakı rejimin serb icmasına qarşı təzyiq və təhdidləri, alçaldıcı siyasətidir. Kollektiv Qərbə görə bu şiddət və zorakılıq deyilsə, mən artıq bilmirəm bu anlayışlar onlar üçün nədir?!"

Sentyabrdakı gərginliklə bağlı Aleksandar Vuçiç bildirib ki, Serbiya hərbi qüvvələri heç vaxt öz mandatından kənara çıxmayıb: "Biz gələcəkdə də KFOR ilə ədalətli əməkdaşlıq imkanlarımıza baxacağıq. Biz hərbi qüvvələrimizi öz ərazimizdə yerləşdiririksə, bu bizim konstitusional hüququmuzdur".

Serbiya Prezidenti NATO ilə hərbi təlimlər barədə qeyd edib ki, o, Baş qərargaha NATO ilə təlimlərin yenilənməsi ilə bağlı təklifi göndərəcək: “Biz Kosovada daha çox KFOR qüvvələrini görmək istərdik, bizim bununla bağlı heç bir problemimiz yoxdur, sadəcə bəzi Qərb ölkələrindən gələn siyasi interpretasiyalar var... Nə etmək olar, biz serbiyalılar ikili standartlarla üzləşərək yaşamalıyıq. Bilirik ki, biz onların standartlarına uyğun gəlməyənə qədər qınanmağa davam edəcəyik. Serbiya sülhü, stabilliyi qorumağa davam edəcək. Serbiya kompromis üçün əlindən gələni edir”.

Serbiya Prezidenti deyib ki, o, Kosovada Baş nazir Albin Kurti hakimiyyətdə olduğu müddətcə Kosovadakı serbiya bələdiyyələrinin yaranmayacağını düşünür.

"O, (Albin Kurti - red.) həmişə bəhanələr gətirir, sənədi imzalamır. Biz NATO ilə münasibətlərimizi inkişaf etdirməli, itirdiyimiz etimadı qazanmalıyıq. Biz hərbi neytrallığımızı qorumağa davam edirik", - Vuçiç vurğulayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM