satellite   Azerspace-1: 11135 H 30000

KİV: HƏMAS və İsrail dördgünlük atəşkəs barədə razılığa gəlib

KİV: HƏMAS və İsrail dördgünlük atəşkəs barədə razılığa gəlib

HƏMAS və İsrail Qəzza sektorunda saxlanılan 50 girovun azad edilməsi və dördgünlük atəşkəs barədə razılığa gəlib.

Naxçıvan televiziyası İsrail ordusunun radiostansiyasına istinadla xəbər verir ki, razılaşma çərçivəsində HƏMAS hərəkatının əlində olan 50 girov – qadınlar və yeniyetmələr azad ediləcək.

Əl-Cəzirə telekanalının məlumatına görə, HƏMAS hərəkatının nümayəndəsi girovların azad edilməsinə dair razılaşmanın şərtlərinin yaxın saatlarda Qətər tərəfindən elan ediləcəyini bildirib.

HƏMAS bundan öncə girovların azad edilməsi müqabilində 4-5 günlük atəşkəs, 150-yə yaxın fələstinli uşaq və qadının İsrail həbsxanalarından azad olunmasını və Qəzza sektoruna yanacaq tədarükünü tələb edib.

İsrailin hakimiyyət orqanlarının məlumatına əsasən, hazırda HƏMAS hərəkatının əlində 240-250 nəfər girov var. Onların əksəriyyəti İsrail vətəndaşı olsa da, bəzilərinin ikili vətəndaşlığı mövcuddur. Həmçinin saxlanılanlar arasında İsrail vətəndaşlığı olmayan 35 nəfər var ki, onların əksəriyyəti İsrailə işləməyə gələn tailandlılardır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM