Türkiyə vətəndaşlarının Qəzzadan təxliyəsi davam edir

Türkiyə vətəndaşlarının Qəzzadan təxliyəsi davam edir

Noyabrın 20-də Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) vətəndaşları, eləcə də onların ailə üzvləri daxil olmaqla ümumilikdə 87 nəfər Rəfah məntəqəsindən Misir ərazisinə keçib. Onların bu gün “Türk Hava Yolları”na aid təyyarə ilə İstanbula gətirilməsi planlaşdırılır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mediaya açıqlamasında bildirilir. Məlumata əsasən, şərtlər uyğun olduğu təqdirdə bu gün daha yüz nəfər Türkiyə və ŞKTC vətəndaşının Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə Qəzzadan təxliyəsi nəzərdə tutulur.

Nazirlikdən verilən digər məlumata görə, noyabrın 11-də İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu atəşkəsə mümkün qədər tez nail olunması, Qəzzaya humanitar yardımların çatdırılması, eləcə də münaqişənin beynəlxalq hüquq normaları və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, iki dövlət prinsipi əsasında həlli istiqamətində iş aparır.

Təmas qrupuna Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Qətər, İordaniya, Fələstin nümayəndələri və İƏT-in Baş katibi daxildir. Noyabrın 20-də qrupun Pekinə ilk səfəri olub. Səfər zamanı heyət üzvlərinin Çinin xarici işlər naziri Van İ ilə görüşü baş tutub. Görüşlər bu gün Moskvada, sabah isə London və Parisdə davam etdiriləcək. Türkiyənin xarici işlər naziri Hakan Fidanın da iştirakı ilə noyabrın 22-nə nəzərdə tutulan səfərlər zamanı Böyük Britaniyanın Baş naziri və Fransa Prezidenti ilə görüşlər gözlənilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM