satellite   Azerspace-1: 11135 H 30000

Braziliyada anomal istilər hökm sürür

Braziliyada anomal istilər hökm sürür

Braziliyanın bəzi regionlarında anomal istilər hökm sürür. Ölkənin bir çox şəhərində havanın hərarəti 44 dərəcədən yuxarı qalxıb.

Naxçıvan televiziyası xəbər verir ki, noyabrın 19-da Arasuai şəhərində termometrlər müsbət 44,8 dərəcəni göstərib. Sonuncu dəfə 2005-ci ildə burada 44,7 dərəcəlik rekord istilər müşahidə edilmişdi.

Ekoloqlar anomal istiləri El-Ninyo fenomeni və iqlim dəyişikliyi ilə izah edirlər. Sinoptiklər bu həftə temperaturun bir qədər aşağı düşəcəyini proqnozlaşdırır. Teylor Sviftin Rio-de-Janeyro şəhərində planlaşdırılan konsertinin istilər səbəbindən ləğv edildiyi bildirilir.

Qeyd edək ki, anomal istilərə görə Braziliyanın 3 min şəhərində qırmızı təhlükə səviyyəsi elan olunub. Rio-de-Janeyroda havanın hərarəti 42,5 dərəcəyə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM