satellite   Azerspace-1: 11135 H 30000

Konqoda stadionda yaranan izdiham nəticəsində 37 nəfər ölüb

Konqoda stadionda yaranan izdiham nəticəsində 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının paytaxtı Brazzavildə orduya çağırış tədbiri öncəsi stadionda yaranan izdiham nəticəsində 40-a yaxın adam ölüb, çoxlu sayda insan yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Les Echos du Congo Brazzaville” portalı hökumətin bəyanatına istinadən məlumat yayıb.

“Faciə Ornano stadionunda noyabrın 20-dən 21-nə keçən gecə baş verib. Fövqəladə Hallar Xidmətlərinin ilkin məlumatlarına görə, 37 nəfər ölüb, çoxlu sayda insan yaralanıb”, - hökumətin kommünikesində deyilir.

Portalın məlumatına görə, stadionda orduya çağırış tədbirləri keçirilib. Yerlərin məhdudluğu səbəbindən namizədlər gecə saatlarında növbəyə düzülüb. Konqo DR-də orduya qəbul müqavilə əsasında həyata keçirilir və hərbi xidmət gənc konqolular arasında çox populyardır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM