satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan Türkiyənin müdafiə sənayesi sahəsindəki yeniliklərin anonsunu verib

Ərdoğan Türkiyənin müdafiə sənayesi sahəsindəki yeniliklərin anonsunu verib

“Müdafiə sənayesi sahəsindəki atdığımız hər addım bizi həyəcanlandırır. Yeni addımlarımız yoldadır”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, hazırda “Qızıl Alma” pilotsuz uçuş aparatlarının (PUA) son testləri həyata keçirilir: “İndi əsas məsələ öz mühərrikimizi istehsal etməkdir. Biz 5 il müddətinə bu məsələni həll etməliyik”.

R. T. Ərdoğanın sözlərinə görə, müdafiə sənayesi sahəsində işlər davam edəcək, yeniliklər olacaq: “Bir neçə il əvvəl PUA-larımız yox idi. Amma əlimizi daşın altına qoyduq. Daim daha yaxşısı üçün çalışdıq. Kimsə narahat olmasın, bizim haqqımızda müdafiə sənayesi sahəsinə görə daha çox danışacaqlar”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM