satellite   Azerspace-1: 11135 H 30000

Simonyan: “Ermənistan sülh müqaviləsi ilə bağlı bütün variantları nəzərdən keçirir”

Simonyan: “Ermənistan sülh müqaviləsi ilə bağlı bütün variantları nəzərdən keçirir”

“Ermənistan sülh müqaviləsi ilə bağlı bütün variantları nəzərdən keçirir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O bildirib ki, sülh danışıqlarının harada keçirilməsi ilə bağlı da bütün variantlar barədə düşünülür.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 21-də rəsmi Bakının sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu bəyan edib.

“Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır”, - bəyanatda bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM