satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN: “Qəzzada atəşkəsin döyüşlərin tam dayandırılmasına töhfə verəcəyini arzu edirik”

Türkiyə XİN: “Qəzzada atəşkəsin döyüşlərin tam dayandırılmasına töhfə verəcəyini arzu edirik”

“Qəzzada əldə olunan atəşkəsin döyüşlərin tam dayandırılmasına töhfə verəcəyini arzu edirik”.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Rəsmi Ankara İsraillə HƏMAS arasında əldə olunan humanitar atəşkəsi alqışlayıb: “Bunu müsbət addım kimi qiymətləndiririk. Əsirlərin bir hissəsinin azad buraxılması, Qəzzaya daşınan humanitar yardımın həcminin artırılması ilə bağlı razılığa əməl olunmasını gözləyirik”.

Türkiyə XİN, həmçinin Qətərin səylərini dəstəklədiyini bildirib.

Qeyd edək ki, noyabrın 21-də İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilib. Atəşkəsin 5 gün davam edəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM