satellite   Azerspace-1: 11135 H 30000

Zatulin: 2021-ci ildə erməni müxalifəti Paşinyanı devirmək üçün Rusiyadan dəstək istəyib

Zatulin: 2021-ci ildə erməni müxalifəti Paşinyanı devirmək üçün Rusiyadan dəstək istəyib

2021-ci ildə erməni müxalifəti dəstək istəyi ilə Rusiya Federasiyasına müraciət edib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Konstantin Zatulin "Danışır Moskva" (Qovorit Moskva) radiostansiyasına açıqlamasında deyib.

O, Rusiyanın müxalifətə dəstəkdən imtina etməsinə də münasibət bildirib: “Lakin Rusiya tərəfi hakimiyyət dəyişikliyinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına təsir göstərə və yeni müharibəyə səbəb ola biləcəyi səbəbi ilə bundan imtina edib”.

Zatulin hazırda Ermənistanda Rusiyaya ictimai dəstəyin azalmaqda olduğunu və buna səbəb kimi Ermənistanda səhərdən axşama kimi internetdə, televiziyada və s. insanların Rusiyaya qarşı “beyinlərinin yuyulması” olduğunu deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM