satellite   Azerspace-1: 11135 H 30000

İrəvanda hökumət evinin qarşısında etiraz aksiyası keçirilir

İrəvanda hökumət evinin qarşısında etiraz aksiyası keçirilir

İrəvanda səhər saatlarında Nazirlər Kabineti binasının 3-cü korpusunun qarşısında etiraz aksiyası keçirilir.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatı Ermənistan KİV yayıb.

Məlumata görə, etiraza səbəb Ararat vadisində yeraltı su ehtiyatlarının həcminin azalması və onların keyfiyyətinin dəyişməsinin balıqçılıq təsərrüfatlarını təhdid etməsidir.

Bildirilib ki, noyabrın 22-də Ermənistan parlamenti belə təsərrüfatların yalnız iqtisadi dövriyyə sistemləri ilə işləməyə məcbur edən qanunun lehinə səs verib. Həmin sənədə əsasən, suyun yalnız 40 faizi təkrar istifadə oluna bilər. Sahibkarlar bu məsələyə etiraz ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM